Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə startı verilən güləş üzrə mövsümün ilk reytinq xarakterli turniri - "Zaqreb Open-2025" davam edir. Qeyd edək ki, ilk günü Azərbaycan komandası üçün uğurlu olan turnirin ikinci günü daha üç təmsilçimiz döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Bu trioda sərbəst güləşçilərdən Anubəkr Abakarov və Osman Nurmaqomedov ( hər ikisi 92 kq) və qadın güləşçimiz Elnurə Məmmədova (55 kq) yer alıb.

Xatırladaq ki, turnirin start günü Azərbaycan 6 idmançı ilə mübarizəyə başlayıb və onlardan 5-i yaxşı güləşərək mükafatçılar sırasında yer alıb (1-2-2). 

İNTİQAM Məmmədov