Bir gün yenə də yad eləsəydim, nə deyərdin,
Qəmxanədən azad eləsəydim, nə deyərdin.
Bilməm nə dedim, mən dili yanmış, yenə küsdün,
O könlü yenə şad eləsəydim, nə deyərdim.
Ey gül, küçədə qarət olur səbrü-qərarım,
Bülbül kimi imdad eləsəydim, nə deyərdin.
Sərxoşdum o gün, gülləri yox, qönçəni üzdüm,
Eşqin bağın abad eləsəydim, nə deyərdin.
Zülmət gecədə pəncərənə atmayacam daş,
Bir başqa yol icad eləsəydim, nə deyərdin.
-Get, evdəkilər duymasın,- işarə edirsən,
Mən səbr ilə inad eləsəydim, nə deyərdin.
Bir tazə qəzəl yazdı Məhəmməd,sənə qurban,
Bir başqasına ad eləsəydim, nə deyərdin.
Məmməd Əvəzoğlu.24.01.2025.