Yalnız finalda büdrəyən Osman Nurmaqomedov gümüş medal qazanıb
Xorvatiyanin paytaxtı Zaqrebdə güləş üzrə keçirilən və Azərbaycan güləşçilərinin də iştirak etdiyi reytinq xarakterli "Zaqreb Open-2025" davam edir. Qeyd edək ki, sözü gedən turnirin ikinci günü da Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, ikinci gün mübarizəyə qatılan üç təmsilçimizdən ikisi mükafatçılar sırasında yer almağı bacarıb. Maraqlıdır ki, bunların hər ikisi eyni çəkidə (92 kq) mübarizə aparıb. Söhbət gümüş medal qazanan Osman Nurmaqomedov və üçüncü yeri tutmaqla bürünc medal qazanan Anubəkr Abakarovdan gedir. Xatırladaq ki, Azərbaycan güləşçiləri yarımfinalda qarşılaşıblar. Cütün qalibi olan Nurmaqomedov həlledici finalda iranlı Amirhuseyn Firuzpurbanpeylə bacarmayıb - 4:11. Nəticədə gümüş medalla kifayətlənib.
Abubakr Abakarov isə üçüncü yeri uğrunda slovakiyali Boris Makayevi üstələyib - 9:2.
Bununla da Azərbaycanin aktivindəki medalların sayı 7-yə (1-3-3) çatıb.
Yeri gəlmişkən, turnirin ikinci günü döşək üzərinə çıxan qadın təmsilçimiz Elnurə Məmmədova (55 kq) da bürünc medal uğrunda görüşəcək. Bu da qalib gələcəyi təqdirdə medalların sayı 8-ə çatacaq.
İNTİQAM Məmmədov