Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən qadın basketolçular arasında Avro-2025-in seçmə qrup mərhələsi çərçivəsində sayca 5-ci olan növbəti turun oyunları keçirilib. Həmin gün baş məşqçisi Evren Alkaya olan Azərbaycan millisi doğma divarlar arasında Belçika komandasını qəbul edib. Təəssüflər olsun ki, Bakı İdman Sarayında baş tutan oyunda qonaq komanda böyük hesablı qələbə qazanıb - 24:97 (25:5, 25:7, 29:4, 16:8). Xatırladaq ki, millimiz Belçikaya səfər matçında da uduzmuşdu - 51:105. Millimizin qrupda keçirdiyi digər oyunların nəticəsi belə olub:

Litvaya (47:108, 62:99), Polşaya (51:105).

Yığmamız qrupda son və növbəti turda Polşanı evdə qəbul edəcək.

Komandaların turnir vəziyyəti:

Belçika, Litva - hərəyə 9 xal, Polşa - 7 xal, Azərbaycan - 5 xal.

İNTİQAM Məmmədov