Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi (26) və qadın (16) şahmatçılar arasında uduzan çıxır sistemi üzrə keçirilən Azərbaycan çempionatı davam edir. Dünən çempionatda 1/8 final mərhələnin cavab oyunları keçirilib. Reqlamentə görə iki oyunun ümumi nəticəsində qalib olan şahmatçılar çempionatın 1/4 finalına yüksəliblər. Qeyd edək ki, növbəti mərhələyə keçənlər sırasında ölkənin ulduz şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da yer alıb. Məmmədyarov 1/8 finalda Fərid Abbasov (2:0), Rəcəbov isə Namiq Quliyev (1,5:0,5) üzərində qələbə qazanıb. 

Yeri gəlmişkən, 1/4-ə yuksələnlər arasında kişilərdən Rauf Məmmədov, Aydın Süleymanlı, qadınlardan isə Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Səbinə İbrahimova da yer alıb.

Xatırladaq ki, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalib olan 20 min, 30 minlik mükafat fondu olan qadınların yarışında isə çempion adını qazanan 10 min manata sahib olacaq. 

Çempionat davam edir.

İNTİQAM Məmmədov