Fevralın 28-dən martın 2-dək Daşkənddə (Özbəkistan) İJF-nin illik təqvimi əsasında cüdo üzrə böyüklər arasında "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək həmin turnirdə Azərbaycan 4 tatami ustası ilə təmsil olunmağı planlaşdırıb. Bu dördlükdə isə Turan Bayramov, Balabəy Ağayev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Zelim Tskayev (81 kq) yer alıb.
Yeri gəlmişkən, 14-16 fevralda isə analoji Bakıda keçiriləcək. Azərbaycanın ev sahibliyi edəcəyi bu turnirdə ölkəmiz böyük heyətlə təmsil olunacaq (33 cüdoçu).
İNTİQAM Məmmədov
.jpg)