Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə kişi və qadınlar arasında keçirilən və Azərbaycan güləşçilərinin də iştirak etdiyi ilin ilk reytinq xarakterli turniri olan "Zaqreb Open"də sərbəst güləşçilərin ardından qadınların yarışına yekun vurulub. Azərbaycanın qadın millisi aktivinə yazdırdığı 3 medal (1-2-0) və 65 xalla yalnız ABŞ (155 xal), Macarıstan (96 xal) və Fransadan (72 xal) geri qalmaqla dördüncü olub.
Qazanılan medallara gəlincə, qızıl medal Günay Qurbanovanın (59 kq), gümüşün biri onun eyni çəkidə güləşən və turnirin həlledici finalda məhz ona məğlub olan Alyona Kolesnikin, digər gümüş isə Jalə Əliyevanın (59 kq) aktıvinə yazılıb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)