Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bir müddət əvvəl iki diktatorun- Hitler və Mussolinin şeirlərini paylaşmışdım. İndi isə poeziya həvəskarlarının ricasını nəzərə alıb daha iki tanınmış liderin- SSRİ və İranın keçmiş liderlərinin şeirlərini təqdim edirəm.

İosif Stalin

(1879-1953)

Səhər

Çəhrayı bir qönçə açdı

Bənövşənin yaxasında.

Əsən mehlə oynayaraq

Zanbaq “çıxdı” yuxusundan.

 

Buludların üstdə uçan

Quşcuğaz da cilvələndi.

Bülbül kollar arasından

Həzin-həzin nəğmə dedi:

 

“Çiçəklən, ey Gürcüstanım,

Qoy sülh olsun nəsibimiz.

Gənc dostlar, yaxşı oxuyun,

Yurda şöhrət gətirin siz!”

(Громов Е.С. Сталин: искусство и власть. М., 2003, С. 27;

РГАСПИ, Ф. 558, Д. 669, Л. 46-47).

Ruhulla Xomeyni

(1902-1989)

BAHAR DİLƏKLƏRİ

Mən yenə qazmadayam, həmişə olduğutək,

Qəlbim sevgiylə dolu, oxşamıram ahıla.

Bağçalar gül açanda sanki gəncləşir ürək,

Daha payızı unut, uzaqdadır o hələ.

 

Sən qəfəsdə boğulan o quşa bir nəzər sal,

İndi fır-fır fırlanır, çəkir onu göy üzü.

Uçub getdi şimala coşan fırtına, külək.

Mübarək yağış isə yudu çəməni-düzü.

 

Bir gün pərdə enəcək, yazın gözəl camalı

Gözləri qamaşdırıb, ötəcəkdir bulud tək.