Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səməd Vurğun haqqında Əlisa Nicatın xoş olmayan ifadələri, onu aşağalamağı həqiqətən də təəssüf doğurur. Yaşlı adamdır, gərək belə ağına-bozuna baxmadan kəskin ifadə işlətməyəydi.

Nə üçün yazıram? Gənc yazar Emil Rasimoğlunun bu günkü statusuna baxdım, o məni də səhifəsinə dəvət etmişdi (tağ etmişdi yazını), oxudum, fikrimi bir başa elə ora da yazdım, Amma bir qədər geniş alındığına görə sildim və öz səhifəmdə yerləşdirməli oldum.

Bu mövzu səngimək bilmir. Ən çox da Bu məsələni Emil gündəmdə saxlayır. Elə indicə, küləkli havada, "Şamaxı" da kayutamda oturub da fikirləşirəm: Emil üçün mövzu qıtlğı var ki, cəlilabadlılar demiş, eyni şeyi çevir Tatı, vur Tatı eləyir? Yoxsa elə gündənmdə qalmağın yolunu bu cür görür, yaxud doğurdan da gənc qələm dostumuza elə gəlir ki, hamı qəflət yuxusundadır, onlar silkələyib bu qəflətdən oyatmaq gərəkdir. Bilmirəm. Bildiyim odur ki, bütün bu yazmalar, mövzuya geri dönmələr "bu xəmır , çox su aparacaq" deyimi var ha, ona döndü. Məni həmişə bir şey maraqlandırıb, maraqlandırır və maraqlandıracaq. Bəzi insanlarımız özlərində tapa bilmədiklərini, görə bilmədiklərini başqalarından niyə tələb etsinlər ki? Səməd Vurğun yaltaqdır, Rəsul Rza "Lenin" poemasını yazıb, Süleyman Rüstəm filan şeiri yazıb və sair, deməklə hansı qaranlıqlara işıq tuturlar ki?.

Sosial şəbəkədə təsadüf etdik, bəziləri haqlı olaraq deyir: axı dövrü də yada salaq, işıqlı insanlarımızı gedər gəlməzə göndərirdilır, müasirlərinin taleyi göz önündə idi, özü də onları "o tərəfə" göndərənlər də elə qələm dostları, qonşuları, soydaşları, nə bilim həmcinsləri və sair idi. Gərək S. Vurğun, R. Rza, S. Rəhimov, O. Sarıvəlli, Ə Vəliyev və digərləri də sürgün olunaydı, öldürüləydi? Kimsə hansı bir şeiri (tutaq ki, Rəhbərə salam", "Lenin poeması", "Pariyamızdır" və. s.) yazmaqla həm özünü, həm ailəsini, həm də digərlərini qoruya bilibsə, bu qorunmaqla da yüzlərlə insana xeyirxahlıq edibsə, gözəl ədəbi nümunələr ortaya qoyublarsa, bunun nəyi pisdir? Niyə istəyirik ki, H. Cavidin, M. Müşfüqün, B. Çobanzadənin, Əhməd Cavadın, Almaz İldırımın taleyini hər kəs yaşayadı? Digərlərinin də bu zülmü, ağrını, sürgünü, dəhşəti görməsi sizlərə (bizlərə) nə verəcəkdi?

Oxuduqlarınmıza inansaq, M.Ə.Rəsulzadə S. Vurğunun məlum şeirində onun haqqında işlədilən ifadəni təqdir edib: Gələcək nəsil oxuduqda maraqlanacaq ki, Rəsulzadə kimdir və gənc nəslə haqqımızda, tutduğum yol, apardığımız mübarizə haqda məlumatlar sızdırılacaq,-deyib.

Stalinə, M. Bağırova yaltaqlanmaqdan, onlardan qorxmaqdan bəhs olunur. Aydın Can yazmışdı, səhv etmirəmsə, bəlkə o yazıçılar o şeirləri yazaraq "yaltaqlıq" edəndə sizlərin (bizlərin) babaları əllərinə silah götürüb üsyan etmişdi? Daha taxılı əllə əkib, əllə biçib, neft quyusunu əllə qazıb, nöyütü vedrələrlə daşıyıb çənlərə doldurub, gəmilərə, barkazlara yükləyib Rusiyaya göndərmirdi? "Za Lenina", "za Stalina", yazmırdılar no vaqonların, taxıl kisələrinin üstünə?

Uzağa getməyək, bəlkə bu günün yazarlarının hamısı bu günün hakimini, nazirini, prezidentini tənqid edən bir yazı qoysun ortaya? Hər kəs bacardığını, gördüyünü, düşü2ndüyünü yazıb və yazmaqdadır. O zamanın yazarlarını top atəşinə tuturlar ki, Azərbaycan olaraq Rusiyanın təəbəsi altında idik, rus-boilşevik-daşnaq irticaçılarının, türkə, müsəlmana nifrətlərini hiss etməmək, görməmək mümkün deyildi. İndi ki hamısı özümüzünkülərdir. Dili, dini, fizionomiyası eyni olan bir millət. Düz olmayan, dürüst olmayan, korrupsiyaya axın edən, seçki saxtakarlığını ən pik nöqtəyə çatdıranlar yoxdur ki? Əlbəttə var, görürük, neçələrini bhəbs də ediblır, yerlərinə gələnlər də insanlara xoş münasibət bəsləməyib, toplananların yeri dəyişib ancaq.

Niyə görməzdən gəlinir? Nə isə...

Emil dostumuz deyir, bir nəfər də ona dəstək verir:b "Anar ha, S. Vurğunu müdafiə edib, jurnalistin sorumunu cavablayıb,". Guya Anarbu məsləyə münasibət bildirə bilməz. Guya Anar Azərbaycanın bütün dövrlər üçün böyük şairi olan S. Vurğun haqda xoş söz deyə bilməz, Guya Anar dostlarının atasını müdafiə edə bilməz.

Edər və bu onun, haqqıdır. Mənim də haqqımdır, şairimi, milətimin işıqlı adamını müdafiə edəm. O da sizin haqqınızdır, sizin düşüncənizdir kiminsə haqqında nəsə deyəsiniz.

P.S. Bu xamırın su aparmasında ən çox "yaltaq" sözünün işlənməsi olub. Bu sözü və yaltaqları heç xoşlamıram, daima onları ifşa etmişəm, həm suda, həm də quruda.

Kimsə mənim bu yazıma görə birdən mənə də o yarlğı yapışdırmaq istəyər. Nahaq. Mən heç kəsə yaltaqlanmamışam və yaltaqlanmaram da. Bu mənim həqiqətimdir, mən belə görürəm və belə də yazıram. Çağdaş dövrümüzdə baş verən eybəcərliklər haqda, çox yazmışam.("Bayıldan bayıra", "Buirda darıxmaq olmaz", "Lənətlənmiş həyat" və sair. Bu baxımdan həmişə haqq tərəfdə durmuşam.Hamiya sevgilərlə. Sağ olun.

Zəruri qeyd: Şəkli Emil bəyin səhifəsindən götürdüm.