Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu xanım Mədəniyyət Tv-nin əməkdaşı, istedadlı jurnalist Xanım Paşazadədir. Şairdir, esseistdir, musiqiçidir, gözəl qələmi var, məlahətli səsi var. Az Tv. Teleradio Akademiyasında dərs demişəm. Balaca və işıqlı sinif otağımızda maraqlı verilişlər hazırlayardıq. Xanım Paşazadə, Ilhan Sadiqov aparıcı olardılar, Elsevər Məmmədov isə verilişin redaktoru. O vaxt deyirdim, Xanım və İlhan Mədəniyyət tv -də aparıcı olacaqlar. Oldular da. Elsevər Məmmədov da indi AZTV-də xəbər redaktorudur. Xanım şeirlərinin birində deyir:

Piano səsində azmışam

O, musiqini gözəl bilir və pianonun səsində "azır"! Bir dəfə mənimlə Bakı Dövlət Universitetində görüş keçirilirdi. Tədbirin lap əvvəlində Xanım, həm ürəklə, həm də ərklə səhnəyə atıldı və uca səslə dedi: "Qəşəm Nəcəfzadə, mən gəldim". Xanım həmin görüşdən "Mədəniyyət xəbərləri" üçün gözəl bir sujet hazırladı və mətni də belə başlayırdı: "Qafiyələrin pozulmasın, Qəşəm Nəcəfzadə". İndi Xanımın bu gün doğum günüdür. Onu təbrik edir, işlərində uğurlar arzulayıram. Mən də əziz tələbəmə deyirəm: "Verilişlərinin sırası pozulmasın, Xanım Paşazadə!"