Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

5-9 fevral günlərində Serbiyanın paytaxtı Belqradda qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Beş gün davam edən turnirdə Azərbaycan boksçuları da iştirak ediblər. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, turnirə qatılan 6 təmsilçimizin hamısı uqurla döyüşərək mükafatçılar arasında yer alıblar. Boksçularımızdan Anaxanım İsmayılova (48 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, qızıl medal və çempion adını qazanıb. Yalnız həlledici finalda büdrəyən Aynur Rzayeva (81 kq) gümüş medalla kifayətlənib.

Çıxışını üçü yerdə başa vuran Marjona Savrıyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov