Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın basketolçular arasında Avro -2025-in seçmə qrup mərhələsi çərçivəsində son turun oyunları keçirilib. Baş məşqçisi Evren Alkaya olan və turnirin C qrupunda yer alan Azərbaycan millisi doğma divarlar arasında Polşa yığmasını qəbul edib. Bakı İdman Sarayında baş tutan oyunda qonaq komanda qalib gəlib. Xatırladaq ki, öz meydanında Azərbaycan millisini 51:105 hesabla məğlub edən polsalilar Bakıda isə 34:88 (2:18, 13:21, 11:32, 8:32) hesabı ilə qalib gəlib.

Yığmamız qrupda keçirdiyi digər oyunlarda da məğlub olub. Litvaya evdə 47:108, səfərdə 62:99 hesabla məqlub olan Azərbaycan komandası Belçikaya isə Bakıda 28:136, səfərdə 24:97 hesabla uduzub. Bununla da qadın basketol millimiz Avro-2025-in seçmə qrup mərhələsini sonuncu pillədə başa vurub.

C qrupunda yekun cədvəl belədir:

Belçika - 11 xal, Litva - 10 xal, Polşa - 9 xal, Azərbaycan - 6 xal.

İNTİQAM  Məmmədov