Telefon oğruları saxlanıldı
Polis mobil telefon oğurluğunda şübhəli bilinən 3 nəfəri müəyyən edərək saxlayıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-də bir sərnişinin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Qarayusifli müəyyən olunaraq saxlanılıb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Nərimanov rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfərin 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 32 yaşlı J.Hüseynova 16-cı Polis Şöbəsinin, Nəsimi rayonu ərazisində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı R.Səfərov 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.