Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Türkiyə bölgəyə qan və fəlakət gətirmir

Proseslər inanılmaz sürətlə cərəyan edir.

Mənfur Əsəd rejiminin ucbatından illər öncə dondurulmuş Suriya-Türkiyə münasibətləri indi yüksələn xəttlə və həm də isti notlar üzərində inkişaf edir.

MİT-in rəhbəri İbrahim Kalının bir neçə gün öncə Dəməşqə uğurlu səfərinin ardınca, ötən gün Türkiyə universitetlərindən birinin məzunu Esaad Hasan Şeyban Suriya müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsinə təyin edildi. Bu gün isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya tarixi səfəri baş tutdu.

Hakan Fidanı Dəməşqdə Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əş-Şaraa (ləqəbi: Məhəmməd əl-Colani) və xarici işlər naziri Esaad Hasan Şeyban çox isti qarşıladılar.

Yeni Suriya-Türkiyə münasibətləri panərəbçilik xəstəliyinə tutulmuş bütün türkəfob ərəb dövlətləri üçün yaxşı örnək ola bilər.

P.S. ABŞ-dan, Fransadan, Böyük Britaniyadan, Rusiyadan və İrandan fərqli olaraq Türkiyə bölgəyə qan və fəlakət gətirmir.

***

Sosial şəbəkə şərhləri:

Ramin Qasımov:

Əslində nə gətirəcəyi bəlli deyil.1918-ci ildə Bakıya daxil olan və hökümətin qurulmasında M.Ə.Rəsulzadəyə təzyiqlər göstərən Osmanlı Paşasının tarixi hərəkətləri yadıma düşdü.

Beybala Mirzeyev:

Ramin Qasımov, müqayisəniz uğurlu deyil. Nuru Paşa ilə Cümhuriyyət liderlərimiz arasında müəyyən ixtilafların olmasına baxmayaraq, Qafqaz Türk-İslam Ordusu Azərbaycana qan tökməyə gəlməmişdi. Əksinə, qanımızı tökən daşnak-bolşevik hərbi birləşmələri ilə savaşaraq paytaxtımızı azad etmişdi.

Türkiyənin hazırda Suriyanın dinc dövrə keçid mərhələsində oynadığı müsbət rol da göz önündədir.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.