Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qaliblər sabah tay-breqdə müəyyənləşəcək

Kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı artıq finişə çatıb. Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında son həlledici final oyunları keçirilir. 

Xəbər verdiyimiz kimi, kişilərin finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, qadınların analoji yarışında isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə qarşılaşır. Bu gün hər iki cütlük arasında ikinci final görüşü keçirilib. Lakin nə kişilərin, nə də qadınların finalında qalib aşkar edilməyib. Kişilərin hər iki görüşü heç-heçə başa çatıb - 1:1. Qadınların finalında isə tərəflər hərəyə bir dəfə qalib gəlib - 1:1. Sabah qalibi aşkar etmək üçün hər iki final tay-breqdə davam edəcək. 

Qeyd edək ki, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalibə 20, mükafat fondu 30 min manat olan qadınların yarışında isə qalibə 10 manat mükafat veriləcək. 

İNTİQAM Məmmədov