Qadın voleybolçular arasında Azərbaycan Ali Liqasında XI tura start verilib.
Turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Azərreyl” Milli Aviasiya Akademiyasına 3:1, daha sonra “Murov Az Terminal” UNEC-ə 3:0 hesabı ilə qalib gəlib.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Sabah Gəncə İdman Sarayında keçiriləcək "Gəncə" - "Abşeron" oyunu ilə XI tura yekun vurulacaq.