15-16 fevral günlərində Slovakiyanin Samorine şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 32 ölkədən 707 cüdoçu iştirak edəcək. ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 8 çəkidə 16 cüdoçu ilə təmsil olunacaq. Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət yığmamızın baş məşqçisi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadənin rəhbərliyi altında turnirə qatılacaq 16-liqda Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Məhəmmədəli Hüseynov, Rəsul Əlizadə (hər ikisi 55 kq), Zeyd Əsədov, İlkin Qarayev ( hər ikisi 60 kq), Əli Hümbətov, Özqan Quliyev (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov ( hər ikisi 73 kq), Amin Mehdiyev, Abdullah Rəhimov ( hər ikisi 81 kq), Nurəddin Əliyev, Emin Şirinov (hər ikisi 90 kq), Tunar Fərzəliyev və Sübhan Axundov ( hər ikisi +90 kq) yer alıb.
Turnirdə daha bir təmsilçimiz - A kateqoriyalı hakim Rəşad Əliyev isə ədalət qoruyucuları arasında olacaq.
İNTİQAM Məmmədov