Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə Clash turniri keçiriləcək.
Səhl Haşiş çimərliyində baş tutacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək. Bu beynəlxalq idman tədbirində Azərbaycan komandası da iştirak edəcək.
Turnirdə həmçinin Misir, Rusiya, İtaliya, Sloveniya, Səudiyyə Ərəbistanı, Slovakiya, İspaniya, Çexiya, Almaniya, Ukrayna, Braziliya, Polşa, ABŞ, Portuqaliya, Dominika, İsveçrə, Yunanıstan, Avstriya, Serbiya, Ermənistan, Honq-Konq, Hollandiya, Fransa, Uels, Livan və Norveç adaları iştirak edəcək.