Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasının 11-ci turuna start verilib. Turun üç oyunundan ikisi bu gün keçirilib. Hər iki oyun Bakı Voleybol Mərkəzində baş tutub. Münasibət nadibətəri ayırd etmək üçün meydana əvvəlcə yarış cədvəlində ikinci yeri tutan "Milli Aviasiya Akademiyası" ilə Azərbaycan voleybolunun flaqmanı sayılan və hazırda yarış cədvəlində dördüncü pillədə qərarlaşan "Azərreyl" çıxıb. Hazırkı vəziyyətinə görə cütün favoriti "MAA" hesab edilsə də görüş flaqmanın qələbəsi ilə bitib - 3:1 (25:23, 22:25, 25:16, 25:21).

Bunun ardından isə çempionatın audsayderleri olan "Murov Az Terminal" (cədvəldə 5-ci) ilə sonuncu yerdə qərarlaşan UNEC üzləşib. Qarşılaşma birincinin qələbəsi ilə bitib - 3:0 (25:8, 25:5, 25:7).

Fevralın 15-də keçiriləcək "Gəncə"-"Abşeron" oyunu ilə hesabat turuna yekun vurulacaq.

İNTİQAM Məmmədov