Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov mütəmadi olara görkəmli alimlərimizi bizlərə xatırladır. Həddindən ziyadə faydalı işdir. Misir müəllimin son maraqlı paylaşımı professor Maarif Əkbərov haqqındadır: "Əziz dostlar, fevralın 9-u professor Maarif Əkbərovun doğum günüdür.

Əkbərov Maarif Süleyman oğlu, 9 fevral 1930-cu ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. 1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutun cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. 1953-1959-cu illərdə orada elementar riyaziyyat kafedrasının müdiri vəzifəsində işləmişdir.

1959-cu ildə riyaziyyatın fəlsəfə problemləri ixtisası üzrə Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş, 1962-ci ildə namizədlik dissertasiyası üzrə müdafiə etmişdir. Maarif Əkbərov əmək fəaliyyətini 1963-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində davam etdirmiş, həndəsə-cəbr, cəbr və topologiya, həndəsə kafedralarında işləmişdir. 1980-1992-ci illərdə ADU-nun cəbr və topologiya kafedrasına rəhbərlik etmişdir.

1970-1972-ci illərdə Moskva Dövlət Universitetində riyaziyyatın fəlsəfəsi ixtisası üzrə doktoranturada təhsilini davam etdirib, orada “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 3 monoqrafiyanın, 18 kitabın, 3 dərs vəsaitinin və 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalənin müəllifi olmuşdur.Maarif Əkbərov 2006-cı ildə Bakıda vəfat etmişdir."

Mənim əlavəm: Professor Maarif Əkbərovun həm də Riyaziyyat elminin populyarlaşdırılmasında müstəsna əməyi olub. Onun "Riyaziyyat nədir?" adlı kitabı riyaziyyat elminin mahiyyəti, onun əsas xüsusiyyətləri, predmet və metodları, dili, bəşəri əhəmiyyəti, qruluşu, habelə, riyaziyyatın digər bir çox fəlsəfi-metodoloji, estetik, pedaqoji problemləri barədə mükəmməl bələdçidir.

Kitab 2003-cü ildə çap olunub.

446 səhifədir.

* * *

Mahir Bayram

Ruhu şad olsun, böyük alimimizin! ATU-nun Fəlsəfə kafedrasının müdiri olmuş əmim Qurban Bayramovla yaxın dost olduqlarından, böyük alim Maarif Əkbərovla ünsiyyətdə olmaq xoşbəxtliyi mənə də qismət olmuşdu. Onda mən bu elm adamının intellekt səviyyəsinə heyran qalmışdım! Ehtiramla yad edirik böyük alimimizi!

Arıf Şakaraliyev

Allah rəhmət eləsin.Məkanı Cənnət olsun.Daima qəlbimizdə yaşayır.Rəhmətlik qardaşımın elmi rəhbəri olmuşdu.Ruhu şad olsun.

Nəbi Mahmudov

Allah rəhmət eləsin.

2002- 2004- cü illərdə AMİ-nin riyaziyyatın tədrisi kafedrasında işləmişik.

Az müddətdə Ondan çox şey öyrəndim. Əsil müəllim, əsil filosof, müdrik İnsan idi.

Tahira Allahyarova

Allah rəhmət eləsin!Çox böyük alim! Riyaziyyatın fəlsəfəsi sahəsində ilk alimimiz! ..doktorluq işimizə verdiyi rəyi unutmayacağıq..yazmışdı ki, xaos nəzəriyyəsinin fəlsəfəsini yaxşı işləmisən..Bu şəkildəki kitabını da avtoqrafla bizə bağışlamışdı.. Hörmətli Etibar müəllim-Allah savaba yazsın, alimlərimizi,elmimizi daim gündəmdə saxlayırsız!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.