Bakı Məhkəmə Kompleksində terrorizm, onun maliyyələşdirilməsi və bir sıra digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Ruben Vardanyan və onun vəkili məhkəmənin tərkibinə etiraz etmək barədə vəsatət verib.
Dövlət ittihamçısı qismində çıxış edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev qeyd ediblər ki, əvvəlki məhkəmə iclasında oxşar məzmunlu vəsatətə artıq baxılıb. Onlar, həmçinin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərini xatırladıblar ki, bu tələblərə əsasən məhkəmə tərkibinin ləğvi barədə vəsatət əsaslandırılmalıdır.
Prokurorlar vəsatətdə qeyd olunan məsələlərin konkret əsaslarının olmadığını qeyd edərək, etirazın baxılmadan saxlanılmasını istəyiblər. Məhkəmə iclasında iştirak edən zərərçəkmişlər məhkəmədən etirazı baxılmadan tərk etməyi xahiş ediblər.
Hakimlər dövlət ittihamının lehinə qərar çıxararaq vəsatəti baxılmadan tərk ediblər.