Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinq cədvəlinin lideri, italiyalı Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə 3 aylıq diskvalifikasiya edilib. 

Diskvalifikasiya mayın 4-də başa çatacaq. Tennisçi aprelin 13-də məşqlərə qayıda biləcək.

“WADA italyan tennisçi Jannik Sinnerin işini həll etmək üçün razılığa gəlib, ona əsasən, oyunçu antidopinq qaydalarını pozduğuna görə üç aylıq müddətə yarışdan kənarlaşdırılmağa razılaşıb. Barışıq razılaşması fonunda WADA İdman Arbitraj Məhkəməsinə verdiyi şikayəti rəsmi olaraq geri götürüb”, - deyə məlumatda bildirilir.