Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

18.02.2025-ci il tarixində R. Baxışov adına 218 nömrəli tam orta məktəbin 1c sinfinə antiterror əməliyyatları nəticəsində şəhidlik zirvəsinə ucalmış gizir Səmədov Camal Vüqar oğlunun adı verilib. Artıq bu gündən 1c sinfi şəhidin adını daşıyacaqdır. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə Şəhidin ailə üzvləri, Şəhidin döyüş yoldaşları, məktəbin kollektivi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Esmira Günəş və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Əbülfət Bağırov 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Şəhid Səmədov Camal Vüqar oğlunun qəhrəmanlığından danışıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.
Daha sonra tədbirdə çıxış edənlər Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Şairə Esmira Günəş çıxış edərkən Şəhidin övladları üçün yazdığı şeiri onlara hədiyyə edib və məktəbin direktoru Əbülfət müəllimə isə məktəbin kitabxana fondu üçün Qusar şəhidi Oleq Cəfərovun xatirəsinə həsr etdiyi "Şahin gözlü Snayper" kitabını hədiyyə edib. 
Tədbir məktəblilərin ifasında Şəhidlərə, vətənə həsr olunmuş şeirlər və mahnılarla davam etdirildi.