Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Taliban"dan yeni QADAĞA: Kişilərə qadın paltarı tikmək OLMAZ

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı kişilərin qadın paltarı tikməyini qadağan edib.

Qadağanın icrasına “Taliban” tərəfindən təsis edilən Əxlaqı Təbliğ etmək və Əxlaqsızlıqların Qarşısını Almaq qurumu nəzarət edəcək.

Qeyd olunur ki, artıq sözügedən qadağa Heratda tətbiq edilib, kişilərin işlədiyi bütün qadın atelyeləri qapadılıb.

Gəlir mənbəyini itirən bir qrup əfqanıstanlı isə qadağaya etiraz olaraq Heratın qubernatorluq binası qarşısında etiraz aksiyası keçirib.