Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 20-də kişi basketolçular arasında DÇ -2027-nin ilkin təsnifat mərhələsinin seçmə qrup oyunları çərçivəsində növbəti qarşılaşmalar keçiriləcək. Həmin gün Azərbaycan millisi Bakıda Kosovo komandasını qəbul edəcək. Azərbaycan Basketol Federasiyasından verilən məlumata görə, baş məşqçi Tahir Baxşıyev təlim-məşq toplanışına çağırdığı 18 nəfərdən 12-ni seçərək yığmanın Kosovaya qarşı oyunda meydana çıxacaq heyətinə cəlb edib. Bu 12-likdə Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Sədəttin Donat, Orxan Aydin ("Olan Basketol", Türkiyə), və Donta Holl ("Baskoniya", İspaniya) yer alıb.

Yeri gəlmişkən, millimiz elə bu heyətlə 23 fevral günü İrlandiya komandasına qarşı oynayacaq. Hazırda millimiz bu oyunlara hazırlıqla bağlı Bakıda TMT-ni davam etdirir.

Xatırladaq ki, DÇ-2027-nin final mərhələsi Qətərdə keçiriləcək. 

İNTİQAM Məmmədov