Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

19 yaşadək qızlardan ibarət Azərbaycan futbol yığması bu gün Avropa çempionatının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Həbib Ağayevin rəhbərlik etdiyi komanda B Liqasının IV qrupunda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Albaniyanın paytaxtının “House of Football Natural Pitch” stadionunda baş tutan görüş komandamızın darmadağınla başa çatıb.

İlk hissədə iki qol vuran irlandiyalı qadınlar fasilədən sonra daha iki dəfə fərqləniblər.

Mərhələyə 0:4 hesablı məğlubiyyətlə başlayan Azərbaycan yığması ikinci mərhələdə Albaniya komandası ilə qarşılaşacaq. Qarşılaşma fevralın 21-də baş tutacaq.

Qeyd edək ki, qrupdakı digər qarşılaşmada Albaniya və Monteneqro yığmaları mübarizə aparacaq.