Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

44 Günlük Vətən Müharibəsindəki qələbəmiz bizim qüdrətli Xalq olmağımızı sübuta yetirdi. Rusiya da daxil olmaqla bir neçə ölkə hələ də Qələbəmizi sinirmir. Şəbəkələr yaradır, bizi sarsıtmağa cəhdlər göstərirlər. Ancaq bütün bunlar xülyadır. Rusiya öz xain niyyətini gizlətmir, sorosçular və fetoçular hər vəchlə şəbəkələrini qorumağa çalışırlar. Meydan TV-yə bağlı olan feministlərin təşkilatı açıq-aşkar maliyyələşdirilir. Özü də məbləğ 100 minlərlə ölçülür, lakin bununla bağlı hələlik heç bir ölçü götürülməyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və onun ətrafında birləşən Azərbaycan xalqı Vətəni zədələyə biləcək bütün təsirlərin qarşısını almağa qadirdir. Ramiz Mehdiyev pandemiya vaxtı ölkə qanunlarını saya salmayaraq nəvəsinə toy şənliyi düzəltdi. Onu AMEA-nın prezidenti vəzifəsindən istefa verməsi tələbini mən irəli sürdüm. Deputat olduğumdan parlamentdə kök salmış bəzi mehdiyevçilərin təhdidləri ilə üzləşdim. Lakin xeyli sonra R. Mehdiyevin destruktiv əməllərindən əl çəkməməsi xeyli deputatları danışmağa vadar etdi.

İndi aşkar olub ki, Rusiyanın Azərbaycandakı şəbəkəsinin başında duranlardan biri bu qoca imiş.

Mətbuat yazır: "Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb."

Düşünürəm ki, yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq. Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvləri iddia olunan Əbülfəz Qarayev, Eldar Mahmudov və Elmar Məmmədyarov ən urvatsız nazirlər olublar. Bir-biriləri ilə rus dilində danışa-danışa təhlükəsizliyik, mədəniyyət və xarici siyasət kimi vacib sahələri bərbad vəziyyətə salıblar...

* * *

Zakir Nağıyev

44 günlük müharibədə Ordumuz tək ermənilərə qarşı deyil həm də Rusiyaya İrana və Amerika Birləşik Ştatlarına qarçı mübarizə aparırdı. Bu üc böyük dövlət Ermənistana həm silah, həm maliyyə, həm də mənəvi dəstək verirdilər. Rusiya İran üzərundən Ermənistana silah daşıyırdı, Amerika daim Ermənistana və separatcılara ayrıca maliyyə vəsaitləri ayırırdı. İran isə Ermənistana qaz verir, ticarəti gücləndirir və onların blokadasının yarılmasına dəstək olurdu. Düşmənimiz tək Ermənistan deyil, həmdə onun müttəfikləridir. Rusiyanın hərəkətləri göz qabağındadır. Rus jovinizmi yenə baş qaldırır. Düşmənlərimizi yaxşı tanımalıyıq

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.