Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır.

Qazaxıstan mətbuatının verdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) tövsiyə olunan təcrübəsinin tələb və standartlarına uyğun olaraq - bir il araşdırma. Müvafiq olaraq, təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, - deyə Lastayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin təhqiqatının müddəti ilə bağlı sualı cavablandırıb.