Bu gün qadın voleybolçuların çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında sayca 12-ci olan növbəti tura start veriləcək. Turun təqvim üzrə keçirilməsi nəzərdə tutulan üç oyundan ikisi bu gün, daha biri isə fevralın 22-də baş tutacaq. Bu gün ilk oyun saat 16:00-da Bakı Voleybol Mərkəzində başlanacaq. Yarışın vahid lideri olan "Abşeron" klubu sonuncu pillədə yer alan UNEC-si sinaqa çəkəcək. Ardından həmin məkanda "Azərreyl" "Murov Az Terminal"la qarşılaşacaq (saat 18:00).
Tura fevralın 22-də Gəncədəki" OİK-də yerli "Gəncə" ilə "Milli Aviasiya Akademiyası" arasında baş tutacaq oyunla yekun vurulacaq.
Komandaların turnir vəziyyəti:
Abşeron - 29 xal, MAA - 24, Gəncə - 17, Azərreyl - 15, Murov Az Terminal - 14, UNEC - 0 xal.
İNTİQAM Məmmədov