Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 26-da Rumıniyanin Breila şəhərində gənc boksçular arasında ənənəvi "Drakul Open-2025" beynəlxalq turnirə start verilib. Fevralın 23-dək davam edəcək bu turnirə Azərbaycan baş məşqçi Elburus Rzayevin rəhbərliyi altında 14 idmançı ilə qatılıb. Bu 14-lükdə Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanov (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərov (+92 kq) yer alıb.

Daha iki həmyerlimiz - Rövşən Qədirov və Qalib Əbiyev ölkəmizi hakim qismində təmsil edəcək.

İNTİQAM Məmmədov