Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Əməkdar artist Əbülfət Oğuz
Bu xəbəri paylaş
Xeyriyyəçi-şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimində müəllifin şeirlərinə yazılmış mahnılar da səslənmişdir. Onlardan birini ifa edən, Dağıstanın Əməkdar artisti Əbülfət Oğuzdur. O, Gülağa Tənhanın “Soraqlayır” şeirinə ritmik cələnglərlə bəstələnmiş, daha çox el şənliklərində səslənən mahnını ifa edir. Həmin çıxışı video link bölməsində izləyə bilərsiniz.
Gülağa Tənha "SORAQLAYIR"
Nə tez getdin, ay insafsız,
İzim səni soraqlayır.
Ocağımda kül altında
Közüm səni soraqlayır.
Ötənləri anıb qalan,
Köz-köz olan, yanıb qalan,
Dodağımda donub qalan
Sözüm səni soraqlayır.
Hər Fərhad bir Şirin seçir,
Hər sevgi bir tale biçir.
Mini gəlir, mini keçir,
Gözüm səni soraqlayır.
Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons