Ermənistan Gürcüstanı münaqişəyə cəlb etmək istəyir -

Ermənistan Gürcüstanı münaqişəyə cəlb etmək istəyir

Axar.az xəbər verir ki, sentyabrın 28-də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan bir qrup erməni “könüllülər taboru” yaradaraq Ermənistana getmək istəyib. Onlar özləri ilə avtomobil şinləri və ərzaqla dolu yük maşınlarını da Ermənistana aparmağa cəhd ediblər.

Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasını qadağan etdiyi üçün gürcü sərhədçilər onları buraxmayıblar. Ermənilərlə gürcü sərhədçiləri və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Qarşıdurmadan sonra Ermənistan pasportuna sahib olan yüzdən çox erməni sərhəddən buraxılıb və onlar Ermənistana gediblər. Digərləri isə sərhədi keçə bilməyiblər. Bundan sonra Ermənistan tərəfi Gürcüstan hökumətinə və gürcü xalqına qarşı ittihamlar irəli sürüb, onları Azərbaycanpərəst mövqedə günahlandırıblar.

Ermənistan mətbuatı yazır: “Gürcülər bilməlidirlər ki, azərbaycanlılar və türklərlə oyun yaxşı nəticə verməyəcək. Ermənilər 2021-ci ildə gözlənilmədən Cavaxetiyaya yerli sakinləri qorumaq üçün ordu göndərəndə qoy gürcülər bizdən inciməsinlər”.

Gürcüstan tərəfi bəyan edib ki, sərhədçilər qanun çərçivəsində hərəkət ediblər.

Koronavirus pandemiyasına görə sərhədlər hər iki tərəfin (Gürcüstan və Ermənistan) razılığı əsasında bağlanıb. Sərhədçilər həm bu baxımdan, həm də hökumətin Gürcüstan ərazisindən hərbi təyinatlı və hərbi məqsədlər üçün yüklərin daşınmasına qoyduğu qadağanın icrası baxımından öz vəzifələrini dəqiq yerinə yetiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !