Eskişehirspor futbol klubu Azərbaycana dəstəyini ifadə edib -

Eskişehirspor futbol klubu Azərbaycana dəstəyini ifadə edib

Türkiyənin Eskişehirspor klubu Azərbaycan Futbol Federasiyasına məktub ünvanlamaqla tarixi günlərini yaşayan Azərbaycan dövlətinə dəstəyini ifadə edib.



Məktubda deyilir: "Bir millət, iki dövlət olan bizlər, qədimdən günümüzə gəlib, həmişəlik davam edəcək qardaşlığımızın zəruri şərti kimi, haqlı olduğunuz yolda Klubumuz olaraq yanınızda olduğumuzu səmimi və ürəkdən vurğulamaq istəyirik.
 


Evinizin evimiz, sevincimizin, kədərimizin eyni olduğunu bilənlər olaraq, bugün eynisinin sizlər üçün də keçərli olduğunu ifadə etməyi borc bilirik. Klubumuz hər hansı bir ehtiyacınızda hər zaman yanınızdadır".
 


Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, Gənclər qanadının rəhbəri Cavid Əmirovla birlikdə klub rəhbərliyini ziyarət edərək, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq qədim və əzəli Qarabağ torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan dövlətinin yanında olduqlarını bildirən Eskişehirspor klubuna minnətdarlıqlarını bildiriblər. Görüş zamanı Ermənistanın işğalçılıq hərəkətlərinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə Azərbaycan silahlı qüvvələrinin qəhrəmanlıqla vuruşduğu, xalqımıza xoş anlar yaşatdığı nəzərə çatdırılıb.



Görüş klubun idarə heyətinin üzvləri və futbolçularla birlikdə xatirə şəkli çəkdirilməsilə yekunlaşıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !