Gülağa Tənha - Erməni gördüyü hər şeyə deyir mənimdir

Gülağa Tənha Erməni gördüyü hər şeyə deyir mənimdir

Tanınmış xeyriyyəçi – şairi Gülağa Tənhanın növbəti vətənpərvər şeirini təqdim edirik! Diləyirik ki, qəlbiniz daim Vətən eşqi ilə döyünsün!

 

 

Gülağa Tənha "VƏTƏN DAŞIYIQ…"

 

 

Qənim kəsilərik günün birində,
Baş altda daş qoyub baş qatanlara.
Bağrına daş basıb illərdən bəri
Millətin yoluna daş atanlara.

 

Başımız üstündə Tanrının səsi:
«Kükrəsin çeşmələr, çalxansın dəniz!».
Qar qara torpağı ağartdığıtək
Elə ağardarıq qara daşları
Günlərin birində Qarabağda biz!

 

Şəri boğazından çəkərik dara,
Quruyar gözlərin axan yaşları.
Bir-bir sarmanaraq al sabahlara
Qalaya dönəcək Vətən daşları.

 

Hər qala bir inam səngəri olar,
Xalq ömür yaşayar arzu-kam ilə!
Anam Qarabağda günün birində
Bir tonqal çatarıq ehtişam ilə!

 

Günü xoş gələcək xalqın, millətin
Torpaqdan cücərən, bitən daşıyıq.
Göyündən buludlar dağılar, Vətən,
Ruhu Vətən olan vətən daşıyıq!..

 

 

 


            Ermənistan nəhayət bilib, dərk etməlidir ki, Qarabağ Azərbaycanındır və həmişə də Azərbaycanın olub. Onların torpaq iddiası, layiq olduqları bənzətməni etsək, ortaya bir qrup kimsəsiz olan, daim istifadə üçün düşünülmüş təbliğatlarla məruz qalmış toplum ortaya çıxır və bu toplum genetik olaraq olduqca acdır. Gördüyü nə varsa deyir: mənimdir! Utanmadan, qızarmadan iddia edir ki, mənimdir! Bunu görən ağıllı qonşular, elə bir özümüz də heyrət edərək təəccüb edirik. Bir qədər başqacür bənzətmə də etsək sanki, bunlara kimsə bir vaxt aldadaraq deyib: Sənin valideyinlərin var, göstəriblə o dee!... Onlar da inanıb, İndi onlar bu yalana o qədər inanıblar ki, reallığı qəbul edəbilmirlər. Odur ki, göz yaşı töküb dünyaya ay – haray edərək, car çəkirlər. Bir də görürsən gözləmədiyin biri, hər dildə başa salmaq istədiyin birinin əlindən tutub, deyir: Bu yetimi ağlatmayın! Kimin kim olduğu çətin məqamlarda daha qabarıq görünür. Allah adamı dost kimi görünüb, düşmən kimi hərəkət edən məxluqlardan qorusun! Amin!

 

 


Hazırladı: Ağa Məhəmməd Aman

 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir #sheir 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !