Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb -

Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb

1 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə videokonfrans formatında görüş keçirdi.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud mədəni əlaqələr müzakirə olundu və bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olması qeyd edildi. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının ölkəmizdə həyata keçirdiyi müxtəlif mədəni layihələr bərədə fikir mübadiləsi aparıldı. Görüş zamanı həmçinin ölkəmizin mədəni siyasətinin inkişafına, yaradıcı sənayelər sahəsində araşdırma işlərinin aparılmasına Britaniya Şurası tərəfindən verilən texniki dəstək yüksək qiymətləndirildi.
Sonda Anar Kərimov Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edərək, görüş iştiraklarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !