Pakistanda akkreditə olunmuş hərbi attaşelər və xarici ölkələrin təhlükəsizlik xidməti əməkdaşları üçün brifinq təşkil olunmuşdur -

Pakistanda akkreditə olunmuş hərbi attaşelər və xarici ölkələrin təhlükəsizlik xidməti əməkdaşları üçün brifinq təşkil olunmuşdur

 Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı hərbi attaşesi polkovnik Mehman Novruzov brifinqdə çıxış edərək 27 sentyabr tarixindən başlanan Ermənistanın növbəti təxribatlarına və hücümuna cavab olaraq, eləcə də Azərbaycan Respublikasının cəbhəyanı ərazilərdə yaşayan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını bildirmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT-nin qətnamələri haqqında məlumat verən hərbi attaşe Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində icra olunduğunu qeyd etmişdir. Ermənistanın başlatdığı təxribatların ərazi nöqtələrini göstərən xəritələr və ordumuzun uğurlu hərbi əməliyyatlarının yer aldığı foto və video materiallar əsasında keçirilən təqdimatda azad edilən Azərbaycan kəndləri, yüksəklikləri, nəzarətə götürülmüş təminat yolu haqqında məlumat verən hərbi attaşe, Ermənistanın münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədilə qoşunların Dağlıq Qarabağ bölgəsində yerləşən təmas xətti ilə yanaşı, eyni zamanda Azərbaycanın digər sərhədyanı ərazisini də atəşə tutduğunu bildirmişdir. Ermənistanın, Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatında guya Türkiyə hərbçilərinin də iştirak etməsinin tamamilə yalan olduğunu bildirən Mehman Novruzov, bütün bunların münaqişəyə digər ölkələrin və silahlı ünsürlərin cəlb olunması məqsədi daşıdığını vurğulamış, əksinə olaraq Ermənistanın özününOrta Şərq ölkələrindənmuzdlu döyüşçü və terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürərək, onlarıAzərbaycana qarşı hazırkı hərbi əməliyyatlarda daistifadə etdiyini diqqətə çatdırmışdır.
Polkovnik Mehman Novruzov Azərbaycan ordusunun, Ermənistanınyaşayış məntəqələri və mülki insanlarına qarşı qəti atəş açmamaq haqqında əmr aldığını, ordumuzun həyata keçirtdiyi uğurlu əks hücum əməliyyatının yalnız hərbi texnika və obyektlərə hədəfləndiyini, Ermənistanı təşvişə saldığını və Ermənistanın dərhal işğal edilmiş Azərbaycan torpaqlarının azad etməsi gərəkdiyini bildirmişdir.
Brifinqdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə cəbhədə vəziyyətin gərginləşməsində məsuliyyətin birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin bildirdiyi kimi Azərbaycanın Ermənistanda hərbi hədəfinin olmadığını, Ermənistanın hazırkı təxribatları ilə başlayan müharibənin Azərbaycanın tarixi ərazilərində aparıldığını, Azərbaycanın əks hücumunun torpaqları işğaldan azad etmək və Ermənistanın sülhə məcbur etmək məqsədi daşıdığını diqqətə çatdırmışdır. Səfir Paşinyan hökümətinin müharibəyə gətirib çıxardığı yersiz hərəkətləri, səsləndirdiyi bəyanatları haqqında iştirakçılara xronoloji əsasda məlumat verərək,Ermənistan əhalisinin diqqətini Ermənistandakı siyasi-iqtisadi tənəzzüldən yayındırmaq üçün hakimiyyətə gəldikdən bəri Paşinyanın çıxış yolu kimi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini seçdiyinivə vəziyyəti müharibəyədək gətirib çıxardığınıvurğulamışdır. Səfir, beynəlxalq hüquququn norma və prinsiplərinə əməl etməyən, cəbhə bölgəsində mütəmadi olaraq daha çox mülki əhalini və obyektləri hədəf alan təcavüzkar Ermənistanın qəti pislənməsi gərəkdiyini qeyd edərək dünya ölkələrini prinsipial mövqe bildirməyə çağırmış,Azərbaycanı birmənalı dəstəklədiyi üçün Pakistan, Türkiyə və açıq münasibət digərölkələrə təşəkkürünü çatdımışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !