Azərenerji dən Silahlı Qüvvələrə dəstək -

“Azərenerji”dən Silahlı Qüvvələrə dəstək

Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyüyümüz uğrunda həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olaraq başlanan kampaniyada “Azərenerji” ASC də fəal iştirak edir.


Belə ki, “Azərenerji” ASC-nin rəhbərliyi və məsul vəzifələrdə çalışan şəxslər bir aylıq məvaciblərini Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Bundan əlavə səhmdar cəmiyyət cəbhəyə yardım karvanı aparıb. Eyni zamanda cəbhə bölgəsində gedən döyüşlərdə baş verən qəzaların aradan qaldırılmasında da səhmdar cəmiyyət imkanlarını səfərbər edib. Ən əsası isə “Azərenerji” ASC-nin 103 əməkdaşı səfərbər olaraq döyüşlərə qatılıb.


“Azərenerji”nin kollektivi Azərbaycan xalqına qələbə sevinci yaşatmaq əzmində olan Silahlı Qüvvələrimizlə qürur duyduqlarını bildirirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !