Dövlət Turizm Agentliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdilər -

Dövlət Turizm Agentliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdilər

Dövlət Turizm Agentliyinin və qurumun tabeliyində olan Azərbaycan Turizm Bürosunun və Qoruqların İdarəetmə Mərkəzinin kollektivləri işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü qaydada maaşlarından ianə ediblər.


Dövlət Turizm Agentliyinin əməkdaşları Silahlı Qüvvələrimizin qısa zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə əmindirlər!


Hərbçilərimizə, o cümlədən bu günlərdə ordu sıralarına qoşulmuş iş yoldaşlarına bu müqəddəs yolda uğur arzulayırlar.


Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !