Gülağa Tənha - "Odlar diyarı" şeir

Gülağa Tənha "Odlar diyarı" şeir

Xeyriyyəçi - şair Gülağa Tənhanın vətənpərvərlik mövzusunda silsilə şeirlərini təqdim etməyə davam edirik. Şeirdə Azərbaycan xalqının cəsarətini, mərdliyini əks etdirərək xüsusiyyətlərimiz, Azərbaycanın xeyirinə hesablanan inad və digər müsbət keyfiyyətlər tərənnüm etdirilmişdir. Azərbaycan xalqı daim öz qücünə, əxlaqına, birliyinə inanmalı və bundan sonra da, daha da inkişaf edib yüksəlməlidir.

 

Gülağa Tənha "ODLAR DİYARI"

 


Sənə and içərək çıxmışıq yola,
Hər igid övladın – alınmaz qala.
Sabahlar açarıq zəfərlər ilə,
Qoymarıq üstünü buludlar ala.
Əlini sıxdıqca haqq-ədalətin,
Çıxdın axırına qəmin, möhnətin.
Babək, Cavanşirdi, Nəbi, Həzidi
sənin oğulların – qəhrəman, mətin.
Sən ana olmusan od ürəklərə,
Sən beşik olmusan saf diləklərə.
Sənə toxunammaz düşmən ayağı,
Yad əli dəyəmməz tər çiçəklərə.
Dünyada əvəzsiz varımsan, Vətən!
Mənim namusumsan, arımsan, Vətən!
Səsin göy üzündən enən deyildir,
«Cəngi»yə köklənmiş tarımsan, Vətən!
Kəlamı fəth edib düşüncələri,
Nizami – dünyanın söz xiridarı…
Sən yoxsan – biz yoxuq,
sən varsan – varıq,
Anam Azərbaycan, Odlar diyarı!

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !