Rusiyadakı diasporumuz Azərbaycan dövlətinə dəstəyini ifadə edib - - FOTO

Rusiyadakı diasporumuz Azərbaycan dövlətinə dəstəyini ifadə edib - FOTO

Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları Konfederasiyası Ermənistanın Azərbaycana qarşı təxribatları və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Azərbaycan ziyalılarının nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xalqımıza başsağlığı verilib.

Dəyirmi masanı giriş sözü ilə açan Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov qonaqlara Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törətməklə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyduğu barədə ətraflı məlumat verib: "Atəşin dayandırılması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması eçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. İndiyə qədər Cəbrayıl və Füzuli rayonlarında 7 kənd işğaldan azad edilib, Murovdağ və Talış kəndi ətrafındakı əsas yüksəkliklər nəzarətə götürülüb".

Tədbirdə professor Kamran Rüstəmov, Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Əməkdar ixtiraçı, RF-in fəxri neftçisi Əzizağa Şahverdiyev, hüquq müdafiəçisi (Strasburq məhkəməsi I İnsan hüquqları üzrə Beynəlxalq məhkəmə) Nərgiz Abdullayeva, N.K.Baybakov adına Beynəlxalq ictimai fondun idarə heyətinin sədri Aleksandr Romaşin, RF XİN MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin sədri Abuzər Bağırov və başqaları çıxış ediblər.

1986-1987-ci illərdə Azərbaycanın avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmış Yuri Şedrin deyib ki, həddən artıq çox vaxt keçib və sülh danışıqları hadisələrin gedişinin müsbət dəyişiklərə gətirib çıxarmasına təsir etməyib. "Azərbaycana hücum ediblər və öz ərazisini, dinc əhalisini müdafiə etməkdan başqa yol qalmayıb. Qarabağ Azərbaycandır, ədalət zəfər çalmalıdır!".

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Biz, azərbaycanlılar, həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin həyata keçirdiyiniz siyasətə tam dəstəyimizi ifadə edirik. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Biz əminik ki, tezliklə həmin zaman gələcək. Sizin adınız qızıl hərflərlə böyük Azərbaycan xalqıının tarixinə əbədi yazılacaq! Biz bir qarış torpağımızı da verməyəcəyik!".
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !