Gülağa Tənha - Cıdır düzündə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilsin!

Gülağa Tənha Cıdır düzündə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilsin!

Vətən müharibəsinin səkkizinci günüdür. Qələbəylə bərabər çox güman ki, şəhid olan igidlərimiz də vardır. Xeyriyyəçi - şair Gülağa Tənha məhz şeirdə dediyi kimi onlar Pərvanə ömrü yaşayanlardı və işığa çevrilərək nur olurlar. Vəhdət halında davam edən irəlləyən addımlarımız bizə zirvədə var olan zəfərə çağırır. Orada bütün şəhidlərimiz qolboyun olub bizi gözləyirlər. Həmin gün yaxındadır, ordumuzla birgə bütün Azərbaycan xalqı Şuşada qunut tutub bu torpaqlar uğrunda şəhid olanlar üçün Fatihə oxuyub, salavat çəkərək Allah qarşısında torpağa səcdə edəcəyik və söz verəcəyik ki, biz Vətənimizin qədrini, mahiyyətini daha dərində bilib, hər bir qarışını daim uca tutacağıq.

İndinisə sizə xeyriyyəçi - şair Gülağa Tənhanın sözlərinə Azərbaycanın xalq artisti Tünzalə Ağayevanın bəstələyib ifa etdiyi " Pərvanə" mahnısını təqdim edirik.

 

 

 

Gülağa Tənha YAN BİR PƏRVANƏ KİMİ…


Əynindən soyunub qaranlıqları,
Qədərin hökmündən ayrılıb gəlir,
Pərvanə can atır şam işığına,
Gecənin içindən sıyrılıb gəlir.
Necə möcüzədi, İlahi,
görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında,
Ömürdən sıyrılıb ölümə gəlir.
Ocaq deməliyik, pir deməliyik,
Dünyanın dərdini daşıyanlara.
Qaranlıq dünyaya nur deməliyik,
Pərvanə ömürü yaşayanlara!
Sevgisi ömrüdü!
Bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Mənim xislətimdə pərvanəlik var,
Tənha – pərvanədir,
pərvanə – Tənha!..

 


https://m.youtube.com/watch?v=N0oV04IYIBs Pərvanə

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !