ABŞ-da yaşayan soydaşlarımız - 1165 saylı qətnamənin qəbuluna mane olmalıdırlar

ABŞ-da yaşayan soydaşlarımız 1165 saylı qətnamənin qəbuluna mane olmalıdırlar

 Təmas xətti boyunca gedən döyüşlərdə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, 30 ilə yaxındır ki, düşmən tapdağı altında qalan torpaqlarmızın işğaldan azad edilməsi, bütün ermənilərin və onlara havadarlıq edən dairələrin yuxusunu ərşə çəkib. Azərbaycan ordusunu dayandırmaq məqsədi ilə başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bütün rəhbər şəxslər öz səviyyələrində müxtəlif ölkələrin prezidentlərinə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirlər. Bu işdə xaricdə yaşayan erməni lobbisi xüsusi fəallıq nümayiş etdirir. Verilən məlumata görə ABŞ da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə təqdim etməyi planlaşdırır. Qətnamənin həmmüəlliflərindən olan Jackie Speier məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 Palata üzvünün dəstək imzasını alıb.
Məsələ ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirir ki, torpaqlarmızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq. “Erməni lobbisinin təşəbbüsü ilə Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağı planlaşdırdığı 1165 saylı qətnamənin müəllifləri erməni qrupunun həmsədrləri Jackie Speier və Frank Pallonedir. Bu şəxslər uzun illərdi ki, ABŞ-da hakimiyyət dairələrində Ermənistanın maraqlarını qoruyurlar. Onların hər ikisi həm də erməni genosid aktının sponsorlarıdırlar. Bildiyimiz kimi, ABŞ-da seçkilər dövrü yaxınlaşır. Belə bir məqamda qətnamə müəllifləri erməni seçicilərin səslərini qazanmaq üçün fəallıq göstərirlər”.
T.Gəncəliyev bildirir ki, sözügedən qətnamənin qəbulunun dayandırılması üçün ABŞ-da yaşayan soydaşlarmız bütün imkanlardan istifadə etməlidirlər. “ Təxmini hesablamalara görə ABŞ da 40 min nəfər soydaşımız yaşayır. Hesab edirəm ki, soydaşlarımız yaşadıqları ərazidə yerli ştat və federal səviyyədə onları təmsil edən Nümayəndələr Palatasının üzvilərinə hazırkı durumla bağlı məlumatlar çadırmalı, onlara məktublar ünvanlamalı, müxtəlif vasitələrlə onlarla əlaqə yaradıb 1165 saylı qətnamənin qəbulunun dayandırılmasına çalışmalıdırlar. Soydaşlarımız ABŞ-da məşhur olan Twitter sosial şəbəkəsində də aktivlik nümayiş etdirməlidirlər. Bü gün ermənilərin bizə qarşı mübarizə apardığı hər bir sahə cəbhə xəttdidir və biz bütün sahələr üzrə düşmənə zərbələr vurmalıyıq.”-deyə T,Gəncəliyev qeyd edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !