Gülağa Tənha - Azərbaycan ordusu döyüş taktikasına görə tarix yazır

Gülağa Tənha Azərbaycan ordusu döyüş taktikasına görə tarix yazır

Gülağa Tənha AZƏRBAYCAN ƏSGƏRİ

 

 


Dözdük, yetər bu qədər,
Daha bəsdi qəm-kədər.
Göstər kişi hünəri,
Azərbaycan əsgəri!
Bir alınmaz qalasan,
Azərbaycan əsgəri!
Sən qələbə çalarsan,
Azərbaycan əsgəri!
Qeyrət səni səsləyir,
Zəfər səni gözləyir.
Göstər kişi hünəri,
Azərbaycan əsgəri!
Analara bala ol,
Azərbaycan əsgəri!
Düşmənlərə bəla ol,
Azərbaycan əsgəri!

 

 

 

          Söz verdiyimiz kimi ruhunuzu, zəkanızı poeziya ilə məlhəm etməyə davam edirik. Eyni zamanda gələcək nəsil üçün 04.10.2020 tarixini açıb oxuyanda bugünün yaşantıları bilsinlər deyə qeyd edirk. Bu gün Cəbrayıla olan 27 illik həsrətə son qoyuldu. Azərbaycan orudusu işğalda olan torpaqlarımızı qarış – qarış almaqda davam edir. İnsanlarımız sevinc içindədir, küçələrdə şanlı üç rəngli bayrağımız, bayrağımızla yanaşı türk bayrağı da dalğalanmaqdadır. Cəbhədən çəkilən video kadrlardan da aydın şəkildə görünür ki, döyüşən əsgər və zabitlər hamısı azərbaycanlıdır. Ermənistan durmadan böhtan atmaqda davam edir ki, güya döyüşən türk ordusudur. Onların təəccüb edirlər ki, Azərbaycan ordusu bu qədər inkişaf edib, igidlərimiz bu qədər qüvvətlidirlər, Maşallah! Nər oğlu nərlərimiz, Azərbaycan igidləri hər zaman cəsarətli və mərd olublar yetər ki, xəyanətə uğramasınlar. Yetər ki, bilək, işdir birdən, hər hansı gözlənilməz hadisə baş verərsə, dar günümüzün dostu vardır. Qələbənin başlıca sirri də elə inamdır. Azərbaycan ordusu döyüş taktikasına görə dünyanın müharibə tarixinə böyük həriflərlə adını yazmaqdadır. Buna dözməyən Ermənistan Gəncəni, Bərdəni, Minqəçeviri, yaşayış evləri atəşə tutdu. Evlərə ziyan dəydi, bir nəçə uşaq, böyük dünyasını dəyişdi. Allahın qədərinə bax ki, Gəncəyə atılan mərmilərdən biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnı yaralamışdır. Cənab Prezident İlham Əliyev elə bir neçə gün əvvəl demişdir ki, azərbaycanda xeyli sayda ermənilər yaşayır. Biz tolerant ölkəyik və multikultural dəyərləri həmişə qiymətləndirirk. Hal – hazırda Qarabağda yaşayan ermənilərə də xəbərdarlıq edildi ki, döyüş bölgəsindən xoşluqla çıxıb getsinlər... Döyüşlər davam edir! Qarabağ Azərbaycanındır! Ardı var...

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !