Münhendəki Azərbaycan Evində ölkəmizi dəstəkləyən tədbir keçirilib -

Münhendəki Azərbaycan Evində ölkəmizi dəstəkləyən tədbir keçirilib

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.
 


Münhen–Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə faşist mahiyyətli Ermənistanın işğalçı silahlı qüvvələrinin sentyabrın 27-də bütün cəbhə boyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsi, ölkəmizin təmas nöqtəsində, eləcə də Dağlıq Qarabağdan uzaqda olan şəhərlərində mülki yaşayış ərazilərinə və obyektlərinə raket zərbələri endirməsi şiddətlə qınanılıb.
 


Soydaşlarımız ermənilərin xaincəsinə hücumuna Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə layiqli cavab verən qəhrəman Azərbaycan ordusunun hər gün yeni qələbələrlə Qarabağda irəliləməsindən qürur duyduqlarını vurğulayıblar.


Döyüşlər zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib.



Tədbir Münhen–Azərbaycan Mədəniyyət Mərkəzinin Almaniyanın qanunverici və icraedici orqanlarına ünvanladığı bəyanatın təqdim olunması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !