Kalqaridə ölkəmizi dəstəkləyən həmrəylik yürüşü təşkil olunub - - FOTO

Kalqaridə ölkəmizi dəstəkləyən həmrəylik yürüşü təşkil olunub - FOTO

Kanadanın Kalqari şəhərində soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçirib.



Aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən Munisipal Plaza-dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə olan məsafəni də yürüşlə qət ediblər.



Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, "Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!" şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi müsiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.



Aksiya şəhər bələdiyyəsinin icazəsi ilə keçirilib.



ALACS-dan bildirilib ki, bütün torpaqlarımız erməni işğalından azad olunana qədər bu cür yürüşü hər bazar günü daha kütləvi şəkildə və medianın iştirakı ilə keçirmək niyyətindədirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !