Qarabağ – mədəniyyətimizin beşiyi : Hacıquluların malikanəsi -

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacıquluların malikanəsi

Hacıquluların malikanəsi (inv. 341) Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Bu üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulmuşdur.
 


Şuşa şəhərinin 1992-ci ildə  Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Hacı Quluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdır.



Hazırda malikanənin yalnız xarici divarlardan ibarət xarabalığı qalmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !