ASAN könüllüləri Hikmət babaya Azərbaycan Bayrağını təqdim ediblər - - FOTO

ASAN könüllüləri Hikmət babaya Azərbaycan Bayrağını təqdim ediblər - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub. O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.



ASAN könüllüləri Baş Küngüt kəndinin sakini olan Hikmət Musayevə şanlı Azərbaycan Bayrağını təqdim ediblər.



Hikmət Musayev müqəddəs bayrağımızı öpərək təhvil alıb. O, qəhrəman Vətən övladlarının qələbəsinə və qısa müddətdə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini ifadə edib.



“ASAN xidmət”in kollektivi Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayır.



Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !