Koronavirus xəstələrini pisləşdirən 3 vəziyyət -

Koronavirus xəstələrini pisləşdirən 3 vəziyyət

 Koronavirus infeksiyası olan xəstəyə mənfi təsir edə biləcək bir neçə vəziyyət var. Bunların arasında arterial hipertoniya, şəkərli diabet və piylənmə gəlir.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi praktika üzrə baş mütəxəssisi Oksana Drapkina məlumat verib.

“İndi bunu çox yaxşı öyrənmişik. Mütəxəssislər koronavirus infeksiyası olan xəstələrin durumunu açıq şəkildə pisləşdirən üç xəstəlik müəyyənləşdirib. Bunlar arterial hipertoniya, şəkərli diabet və piylənmədir.

Bir çox insan COVID-19 xəstəliyini müalicə etmək üçün sink istifadə edir, lakin bu mövzuda böyük araşdırma olmadığından metodun effektivliyi barədə danışmaq mümkün deyil. Eyni şey zəncəfilə də aiddir”, - ekspert qeyd edib.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !