"Hərbi əməliyyatlar dayandırılmalıdır, amma..." -

"Hərbi əməliyyatlar dayandırılmalıdır, amma..."

 Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !