Məşhur akademikdən ÇAĞIRIŞ: - ctimai nəqliyyatda virusdan qorunmağın üsullarını izah edib.

Məşhur akademikdən ÇAĞIRIŞ: ctimai nəqliyyatda virusdan qorunmağın üsullarını izah edib.

 Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Tədqiqat Epidemiologiya İnstitutunun şöbə müdiri Vadim Pokrovski koronavirus pandemiyası kontekstində ictimai nəqliyyatda virusdan qorunmağın üsullarını izah edib.

Bunu ekspert “Sputnik” radiosuna verdiyi müsahibədə infeksiyadan qorunmaq üçün maska ​​taxmağın əsas qayda olaraq qaldığını deyib.

“Metronun girişinə çatmazdan on və ya yüz metr əvvəl maska taxın. Avtobus dayanacağında da maskasız dayanmayın, çünki orada çox sayda insan tez-tez maskasız toplanır. Nəqliyyata maskasız minməyin və mümkün qədər tez əllərinizi yaxşıca yuyun. Avtobusda və ya metroda sosial məsafəni saxlamaq lazım olduğunu unutmayın. Ümumiyyətlə, piyada gəzmək ən yaxşısıdır, çünki hər cəhətdən zərərli deyil, əksinə faydalıdır”, - akademik qeyd edib.

Eyni zamanda, mütəxəssis nəqliyyatda pəncərələrin açılmasının lazım olduğunu xüsusi vurğulayıb, çünki bu, infeksiya ehtimalını azaldan metodlardan biridir:

“Pəncərələr bağlı olduqda ictimai nəqliyyatda hava ağırlaşır. Əlbəttə ki, burada virus daha üstün mövqeyə malikdir. Digər tərəfdən, üşüyə bilərsiniz, hər şey norma daxilində olmalıdır”.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !